BİRJA

12 Oktyabr

AMB: Valyuta hərracında tələb təmin edildi - 12.10.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 41,0 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, oktyabrın 5-də hərracda tələb 47,4 mln ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az