BİRJA

12 Oktyabr

İstiqraz investorları istiqamətlərini dəyişirlər

"Schroders Plc" fond menecerləri qısamüddətli istiqrazlar uzunmüddətli istiqrazları üstələyəndə qazanc əldə etdikləri mövqeləri bağlamağa başlayıblar.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu mövqelər son aylarda investorlar üçün qazanc təmin edib. FED-in şahin siyasətini davam etdirəcəyinə dair gözləntilər istiqrazların satışına səbəb olur. "Schroders" Sabit Gəlir Direktor Köməkçisi Kellie Vud, bu il ən gəlirli investisiyaları olduğunu söylədiyi  mövqeləri bu həftədən etibarən bağlamaq qərarına gəldiklərini və ABŞ istiqrazlarında daha üfüqi mövqeyə keçdiklərini söyləyib.

Bununla belə, FED rəsmilərinin son açıqlamaları faiz dərəcələrinin daha da artırılmasına ehtiyac olmaya biləcəyini göstərib. İstiqrazlar üzərindəki ən pis satış təzyiqinin sona çata biləcəyini göstərib. Bu, investorları cəlbedici səviyyələrdə istiqraz saxlamağa sövq edir. ABŞ-ın 10 və 2 illik istiqrazlarının gəlirlilik spredi -28 səviyyəsində bağlanıb. Bu fərq iyulun ortalarında -100 idi.

Günel Məlikzadə
Fins.az