BİRJA

12 Oktyabr

Rusiyada bəzi ixracatçı şirkətlərə valyuta satmaq məcburi olub

Rusiya hökumətindən verilən açıqlamada Putinin bəzi Rusiya ixracat şirkətləri üçün fərman imzaladığı bildirilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Rusiyanın 43 ən böyük ixracatçı şirkəti öz valyuta gəlirlərini daxili bazarda satmağa borcludur. Bəzi rəsmi qurumlar isə bu şirkətlərin valyuta satış prosesinə nəzarət edəcək.

Bəyanatda fikirlərinə yer verilən Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov:

 "Bu tədbirlərin əsas məqsədi valyuta bazarının şəffaflığını və proqnozlaşdırıla bilənliyini artırmaqdır. Valyuta spekulyasiyası imkanlarını azaltmaqdır".

Ukrayna müharibəsindən sonra Rusiyadakı şirkətlərə valyuta satmaq öhdəliyi bir müddət sonra ləğv edilib. Lakin bu il rublun dollar qarşısında dəyərini 25 faizdən çox itirməsindən sonra onun yenidən həyata keçirilməsi gündəmə gətirilib.

Rusiya prezidenti Vladimir Putin bu gün verdiyi açıqlamada ixracatçı şirkətlərin valyuta gəlirlərini Rusiyaya "məhdud" şəkildə qaytardığına diqqət çəkərək deyib:

"Onlar burada işləməyin daha təhlükəsiz olduğunu başa düşməlidirlər. Əminəm ki, müraciət etdiyim insanlar məni başa düşürlər”. 

Günel Məlikzadə
Fins.az