Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040257 ISIN-li, 90 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.az xəbər verir ki, hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 92,3864 (10%) manat və 97,4333 (7.9789%) manat olan 63 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95,8722 (8.59%) manat, orta ölçülmüş qiyməti 96,8022 (8.2245%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 170,658,300 manat, yerləşdirilib həcmi isə 90,000,000 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 6 oktyabr 2026-cı il.
Hərrac iştirakçıları 11 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.