Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları Azərbaycanın Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsinə malik olduğundan xəbər verir.
Fins.az xəbər verir ki, BVF-in oktyabr hesabatına əsasən, 2023-cü ilin yekunlarına görə Azərbaycanda işsizlik 2022-ci ildən etibarən dəyişməyərək 5,9 faiz təşkil edəcək. 2024-cü ildə isə bu göstərici 5,8 faizə düşəcək.
Maliyyə institutu aprel hesabatında ölkədə işsizliyin 2023 və 2024-cü illərdə 5,8 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. Beləliklə, BVF 2023-cü il üçün Azərbaycanda işsizliyə dair proqnozları aşağı salıb.
Regionun digər ölkələrinə gəlincə, BVF Ermənistadan işsizlik səviyyəsinin 2023-cü ildə artaraq 12,5 faizdən 13,5 faizə çatacağını proqnozlaşdırıb. 2024-cü il üzrə proqnozlar isə 13 faizdən 14 faizədək qaldırılıb.
Gürcüstanda isə bu göstərici 2023 və 2024-cü illərin yekunlarına görə müvafiq olaraq 18,4 və 18,6 faiz olaraq proqnozlaşdırılıb. Aprel hesabatında bu ölkədə işsizlik səviyyəsi müvafiq olaraq 19,5 və 20,2 faiz olaraq proqnozlaşdırılıb.
Fuad Mədətov
Fins.az