Bu gün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kredaqro” BOKT MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan AZ2005009165 ISIN-li və ümumi dəyəri 500 000 (beş yüz min) manat olan AZ2004009166 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Fins.az xəbər verir ki,12 oktyabr 2023-cü il tarixində “Kredaqro” BOKT MMC istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Günel Məlikzadə
Fins.az