Avropanın ən böyük dərinliyinə malik Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də noyabr ayı fyuçers müqavilələrində meqavat-saat qazın qiyməti 38,2 avro səviyyəsində bağlanıb.
Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında toqquşmalardan sonra İsrail ABŞ-ın enerji şirkəti Chevron-dan Şərqi Aralıq dənizindəki Tamar qaz yatağında hasilatı dayandırmağı tələb etdikdən sonra qazın qiyməti meqavat-saat üçün 44,5 avroya yüksəlib.
Qiymətlər günü meqavat-saat üçün 43 avro ilə bağlanıb. Bu da o deməkdir ki, qiymətlər 12,5 faiz artıb.
Qaz qiymətləri geosiyasi gərginlikdən sonra enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən yüksəlmə tendensiyasına girib.
Günel Məlikzadə
Fins.az