Beynəlxalq Enerji Agentliyi (IEA) yaxın illərdə qlobal qaz tələbatının artımının azalacağını proqnozlaşdırıb.
Fins.az IEA-nın 2023-cü il Orta Müddətli Qaz Bazarı hesabatına istinadən xəbər verir ki, dünyada qaza tələbat artımının 2017-2021-ci illərdə orta hesabla 2,5 faizdən 2022-2026-cı illərdə 1,6 faizə enəcəyi təxmin edilib.
Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra yeni dövrə qədəm qoyan qaz bazarlarında 2011-2021-ci illərdə müşahidə edilən güclü artımın xüsusilə Avstraliya, Yaponiya, Koreya, Yeni Zelandiya, Sinqapur, eləcə də Avropa və Şimali Amerika və digər ölkələrdə zəifləməsi və tələbin azalması gözlənilir.
Bərpa olunan enerji mənbələrinə çevrilmə və enerji səmərəliliyində irəliləyiş bu bazarlarda tələbin azalmasında təsiri olub.
Məlumata görə, bu il təbii qaz qiymətlərində azalma olsa da, qeyri-müəyyənlik və risklər davam edir.
Günel Məlikzadə
Fins.az