Bazar ertəsi günün ikinci yarısı üçün dünya bazarında neft qiymətləri 3.5% artıb; İsrail ətrafında vəziyyətin gərginləşməsi bazarın Yaxın Şərqdən neft tədarükü perspektivləri ilə bağlı narahatlığını artırır.
Bakı vaxtı ilə saat 15:00-a olan məlumata əsasən, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barrelə görə 3.51% artaraq 87.55 dollara, “WTI” markalı neftin noyabr fyuçersləri isə 3.67% artaraq 85.83 dollara çatıb.
İsrail şənbə günü səhər Qəzza zolağından raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, “HƏMAS” döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Ekspertlər İsraildəki hücumların neft qiymətlərini yüksəltdiyini bildirirlər. Buna səbəb kimi investorlar münaqişəyə digər Yaxın Şərq ölkələrində cəlb olunması ehtimallarını səsləndirillər. Buda öz növbəsində neft tədarükü dayandıra bilər. Həmçinin qeyd edilir ki, İsrailin uzunmüddətli müharibə ilə bağlı bəyanatları fonunda İranın münaqişəyə cəlb olunması və regionda enerji axınlarına təsir etməsi riski var.
ABŞ səlahiyyətliləri bir gün əvvəl İsrailin cənubuna hücumda İranın iştirakı ilə bağlı heç bir dəlil olmadığını bildirmişdilər. İranın BMT-dəki missiyası Tehranın “HƏMAS”-ın İsrailə hücumunda iştirak etmədiyini bildirib.