BİRJA

10 Oktyabr

Böyük Britaniyada pərakəndə satışlar sentyabrda azalıb

Britaniya Pərakəndə Satıcılar Assosiasiyası (BRC) və KPMG tərəfindən dərc edilən aylıq məlumatlara görə, sentyabr ayında pərakəndə satışlar son 3 ayın ortalaması ilə eyni səviyyədə 2,7% artıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, sentyabr ayında pərakəndə satış artım tempi son 12 aylıq ortalama 4,2% geridə qalıb. 2022-ci ilin sentyabr ayında pərakəndə satışlar 2,2 faiz artıb.

Ötən ay ərzaq satışları da son 12 ayın orta göstəricisi ilə müqayisədə 8,4% olmaqla 7,4 faiz azalıb. Qeyri-ərzaq məhsullarının satışı da 1,2 faiz azalıb.

BRC-nin İcraçı Direktoru Helen Dikinson məlumatların qiymətləndirilməsində, yaşayış böhranının ev təsərrüfatlarını ağırlaşdırmağa davam etdiyi üçün pərakəndə satışların sentyabr ayında azaldığını bildirib.

Kirayə və yanacaq kimi məişət xərclərinin artmasının mebel və elektron məişət texnikası kimi yüksək qiymətli məhsulların satışını sıxışdırdığını qeyd edən Dikinson deyib:

"Satış həcmi aşağı olsa da, yüksək inflyasiya süni şəkildə artımı çoxaldıb. İnflyasiya azaldıqca, uzun müddət satışlarda müddətli artım gözləntiləri də azalacaq. Önümüzdəki aylar pərakəndə satışçılar üçün çox çətin olacaq".

Günel Məlikzadə
Fins.az