FED üzvlərinin faiz dərəcələrini dayandırmaq üçün bir siqnal kimi qəbul edilə biləcək mesajlarından sonra ABŞ istiqrazları yüksəlib. Asiya ticarətində 10 illik istiqraz gəliri mart ayından bəri ən kəskin enişini itirib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 10 illik gəlirlilik 18 baza bəndi azalaraq 4,62 faiz təşkil edib. FED üzvlərinin mesajları və İsrail-Həmas münaqişəsindən sonra artan geosiyasi risklərə qarşı etibarlı sığınacaq axtarışları da istiqraz mitinqində təsirli olub.
Dünən çıxış edən FED üzvlərinin istiqraz faizlərinin yüksəldilməsi və maliyyə şərtlərinin sərtləşdirilməsi mövzusunda həmfikir olduqlarını ifadə edən Nomura strateqi Andrew Ticehurst, “Bazar qiymətləri FED-in bu il faiz artırmayacağını göstərir. “Ancaq nəhayət, “sığorta” kimi edilə bilən faiz artımı riski var”, - deyə o bildirib.
UBS isə FED-in açıqlamalarına daha ehtiyatlı yanaşır. Bankın makrostrateqi Giulia Specchia, ABŞ-da artım tempində azalma olmazsa, ABŞ istiqrazlarında rallinin sona çata biləcəyini proqnozlaşdırıb. Specchia, "Makro məlumatlar davamlı qalsa, ralli çox uzanmaya bilər" deyib.
UBS, ABŞ iqtisadiyyatının 2024-cü ildə nəzərəçarpacaq dərəcədə yavaşlamasını gözləyir. Specchia-nın fikrincə, bankın bu gözləntisi özünü doğrultsa, istiqrazlar üzrə proqnoz daha müsbət olacaq.
Günel Məlikzadə
Fins.az