BİRJA

09 Oktyabr

İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 7200 gün, nominal dəyəri 1,000 manat olan AZ2077008681 ISIN-li, 50,000,000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Fins.az xəbər verir ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 3,25%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edib.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,000,000 manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50,000,000 manat təşkil edib.

İstiqrazların  ödəmə tarixi 26 iyun 2043-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.

Günel Məlikzadə
Fins.az