BİRJA

06 Oktyabr

ABŞ-ın 10 illik istiqraz faizində gözlənti 6%

"JPMorgan İnvestisiya İdarəetmə Portfolio" Meneceri E.Ulyama görə, FED iqtisadiyyatı yavaşlatmaq, inflyasiyanı cilovlamaq və 18 aya qədər orada saxlamaq üçün faiz dərəcələrini ən azı bir dəfə artıra bilər.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, istiqraz investorlarının daha çox çətinliklə üzləşəcəyini təxmin edən Ulyam E.,  ADP məlumatlarından əvvəl 4,9% ilə 16 illik zirvəyə çatan 10 illik istiqraz faizinin 2000-ci ildən bəri görülməmiş 6 faizə yüksələ biləcəyini düşünür.

8,8 milyard dollarlıq "JPMorgan Strateji Gəlir Fürsətləri Fondunun" 63 faizini nağd pul kimi investisiya alətlərində saxlayan Ulyam deyib:

"Resessiya olmadan keçən hər həftə sabit gəlirli investorlar üçün həqiqətən pis xəbərdir".

Günel Məlikzadə
Fins.az