BİRJA

06 Oktyabr

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının  yerləşdirilməsi üzrə hərrac keçiriləcək

9 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Fins.az xəbər verir ki, istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2077008681

Emissiya həcmi

50,000,000 manat

Nominal qiyməti

1,000 manat

Hərrac qiyməti

1,000 manat

İstiqrazların tədavül müddəti

7200 gün

Faiz dərəcəsi

3,25 %

Faiz gəlirinin ödəniş müddəti

180 gündən bir (6 aydan bir)

Anderrayter

“Unicapital İ.Ş” ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Günel Məlikzadə
Fins.az