Moskva birjasında hərracların açılışında dolların məzənnəsi 101 rublu ötüb.
Fins.az xəbər verir ki, bir il ərzində Rusiya valyutası demək olar ki, iki dəfə ucuzlaşıb.
Oktyabrın 6-da səhər saatlarında Moskva birjasında dolların məzənnəsi 101 rublu ötüb. ABŞ valyutası sonuncu dəfə avqustun 14-də birjada bu səviyyədən yuxarı alınıb.
Ticarət zamanı rubl öz itkisini qismən bərpa edib, Moskva vaxtı ilə saat 08:50-də dolların məzənnəsi 100,8 rubla düşüb ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsindən 39 qəpik yüksək olub.
Moskva birjasında hərracın əvvəlində avro 109 rubl həddinə yaxınlaşıb. Moskva vaxtı ilə saat 08:50-yə olan məlumata görə, vahid Avropa valyutası 106,28 rubl (+51 qəpik) səviyyəsində ticarət edilib.
“İnterfaks“ın qeyd etdiyi kimi, il ərzində Rusiya valyutası təxminən iki dəfə ucuzlaşıb. 2023-cü ilin avqustunda rublun ucuzlaşması yalnız Rusiya Federasiyası Mərkəzi Bankı tənzimləyicinin növbədənkənar iclasını elan etdikdən sonra dayanıb və bu iclasda əsas məzənnənin artırılması qərara alınıb.
Günel Məlikzadə
Fins.az