Bakı Fond Birjasında 2023-cü ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 15,909,046,023 manat təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% böyümə qeydə alınıb.
Fins.az-ın məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 28%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 49% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 150% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınıb.
2023-cü ilin sentyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiya 4,995,678,475 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 22% böyümə qeydə alınıb.
BFB-nin ticarət dövriyyəsinin cədvəli :
Günel Məlikzadə
Fins.az