Dünən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 425,000 (dörd yüz iyirmi beş min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib
Fins.az xəbər verir ki, 10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 425,000 (dörd yüz iyirmi beş min) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.