BİRJA

05 Oktyabr

Mərkəzi Bankın 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2169024703 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az-ın məlumatına görə, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 9,420.00 (8.8%) manat və 9,447.7774 (8.35%) manat olan 8 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43,160,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,445.9035 (8.38%) manat, orta ölçülmüş qiyməti isə 9,446.8404 (8.36%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 13.06.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az