Bakı Fond Birjası (BFB) Dünya Fond Birjaları Federasiyasının (WFE) Ümumdünya İnvestor Həftəsi layihəsi çərçivəsində “Maliyyə Savadlılığı”-na həsr olunmuş Açılış Zəngi tədbiri keçirib.
Fins.az xəbər verir ki, bu layihə çərçivəsində BFB müntəzəm olaraq maliyyə savadlılığının yüksəldilməsi üçün tədbirlər keçirir. Mütəmadi olaraq təşkil olunan “İnvestisiya Səyahəti”, “Emitent günü”, “Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında keçirilən maarifləndirici tədbirlərin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.
Qeyd edək ki, hər il Dünya Birjalar Federasiyası üzvləri İnvestorlara dəstək göstərilməsi və maliyyə imkanlarının artırılması məqsədi ilə “Ring the Bell for Financial Literacy” tədbiri həyata keçirir. Nəzərinizə çatdırmaq istərdik ki, Bakı Fond Birjası Maliyyə Savadlılığına həsr edilmiş açılış zəngi - “Ring the Bell for Financial Literacy” sayca 3-cü tədbirdir və 4 oktyabr 2023-cü il tarixində Zoom platforması üzərindən onlayn formatda keçirilib.
Bildirmək istərdik ki, Bakı Fond Birjası 2020-ci ildən etibarən Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlayıblar.
Günel məlikzadə
Fins.az