Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030085 ISIN-li, 80 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 92.1942 (8.5133%) manat və 94.0247 (6.39%) manat olan 27 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6387 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 92.9635 (7.6108%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 247,895,600 manat, yerləşdirilmiş həcmi isə 80,000,000 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 01.10.2024-cü ildir.
Hərrac iştirakçıları 4 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Günel Məlikzadə
Fins.az