BİRJA

03 Oktyabr

Asiya birjalarında Honq-Konqun liderliyi

Honq-Konq səhmləri təxminən 3 faiz ucuzlaşıb və bu, regionda daha böyük itkilərə səbəb olub.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Honq Konqun Hang Seng indeksi 'Milli Gün' tətilindən qayıtdıqdan sonra bazar ertəsi 3,12 faiz ucuzlaşıb.

Avstraliyanın SP/ASX 200 indeksi mərkəzi bankın iqtisadçıların gözlədiyi kimi faiz dərəcələrini 4,10 faiz səviyyəsində saxlamasından sonra 1,1 faiz ucuzlaşır.

Yaponiyada Nikkei 225 1,33 faiz dəyər itirib. Topix 1,16 faiz ucuzlaşıb.

Cənubi Koreya və Çin bazarları bayram günləri olduğu üçün bağlanıb.

Günel Məlikzadə
Fins.az