BİRJA

03 Oktyabr

AMB: Valyuta hərracında tələb təmin edildi - 03.10.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb  54,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, sentyabrın 28-da hərracda tələb 29,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Günel Məlikzadə
Fins.az