Həftənin ilk ticarət günündə ABŞ istiqraz faizlərinin yüksəlməsi böyük texnologiya şirkətlərinin səhmlərinə dəstək verib və qlobal birjalara satışlar gətirib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki. SP 500 yatay bağlanarkən, Nasdaq 100 0,9 faiz yüksəlib. ABŞ fyuçers indeksləri yeni ticarət günündə bir qədər aşağıdadır. Çin bazarları isə həftə ərzində bağlı qalacaq. Dünən bağlanan Honq Konqun Hang Seng indeksi bir anda 3,4 faiz, Yaponiyanın Nikkei 225 indeksi də 1 faizdən çox ucuzlaşıb. MSCI Asia Pacific Index dekabrdan bəri ən aşağı səviyyəyə düşüb.
FED-in pul siyasətinin keçdiyi yol ilə bağlı qiymətləndirmələr təqib edilərkən, artan istiqraz faizləri Dollar İndeksini də yüksəldiB. İndeks iki gündə təxminən 0,9 faiz artıb.
Günel Məlikzadə
Fins.az