BİRJA

29 Sentyabr

Son ticarət günündə Asiya birjası yüksəlib

Asiya-Sakit Okean bazarları həftənin son ticarət günündə Wall Streetdəki hərəkətləri əks etdirən əhəmiyyətli dərəcədə yüksəlib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu, investorların Yaponiyadan gələn əsas iqtisadi məlumatları, o cümlədən Tokionun sentyabr ayı inflyasiya səviyyəsini qiymətləndirdiyi bir vaxta təsadüf edib. Paytaxtın məlumatları ümummilli tendensiyaların aparıcı göstəricisi kimi qiymətləndirilib.

Tokionun istehlak qiymətləri indeksi sentyabrda bir il əvvələ nisbətən 2,8 faiz, avqust ayında isə 2,9 faiz artıb. Təzə ərzaq qiymətləri nəzərə alınmayan əsas inflyasiya iqtisadçıların gözlədiyi 2,6 faizdən aşağı olmaqla 2,5 faiz təşkil edib.

Yaponiyada avqust ayı üçün işsizlik, sənaye istehsalı və pərakəndə satış məlumatları da görülüb.

Yaponiyanın Nikkei 225 birjası erkən ticarətdə 0,1 faiz dəyər qazandı, Topix isə itkilərini uzatdı və 0,2 faiz düşüb.

Avstraliyada SP/ASX 200 indeksi 0,31 faiz artaraq üç günlük itki seriyasından sonra bərpa olunub. Honq-Konqun Hang Seng indeksi 1,61 faiz artımla Asiyada yüksəlişə liderlik edib.

Cənubi Koreyada və materik Çində bazarlar tətil olduğu üçün bağlanıb.
Günel Məlikzadə
Fins.az