BİRJA

28 Sentyabr

SEC-dən Bitcoin açıqlaması: "Bu, istiqraz deyil"

ABŞ Konqresinin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində təxminən 4,5 saat davam edən iclasda ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Qari Gensler nümayəndələrin suallarını və tənqidlərini cavablandırıb.

Fins.az bloomberg-ə istinadən xəbər verir ki, komitənin sədri Respublikaçı deputat Patrick McHenry Gensleri sərt şəkildə tənqid edərək, SEC-in hazırkı yanaşmasının maliyyə bazarlarının bütövlüyünü təhlükə altına atdığını və investorları riskə atdığını iddia edib.

Təklif olunan qaydaların və onların bir-biri ilə qarşılıqlı əlaqələrinin hərtərəfli iqtisadi təhlilinə ehtiyac olduğuna diqqət çəkən McHenry, Komitənin fevral ayında sənəd tələb etməsindən sonrakı dövrdə SEC-dən heç bir ictimaiyyətə açıq olmayan sənəd almadıqlarını söyləyib.

Kriptovalyuta sənayesinə dəstəkçi yanaşması ilə tanınan konqresmen Tom Emmer Gensler haqqında sərt açıqlamalar verərək, Genslerin kripto sənayesinə “hücum etdiyini”, “öz istəkləri və şəxsi məqsədləri istiqamətində rəqabət sənayesinə zərər verdiyini” iddia edib.

Konqresmen Warren Davidson da Gensler haqqında “Kaş ki, Bayden administrasiyası sizi işdən çıxarsaydı” -deyib.

SEC sədri Gensler Bitcoin-in istiqraz olmadığını təkrarlasa da, kriptovalyutanı “əmtəə” kimi xarakterizə etməkdən çəkindi.

Kriptovalyuta sənayesinin “fırıldaqçılıq, manipulyasiya ”la dolu olduğunu və bu sahədə uyğunsuzluqdan investorların zərər gördüyünü ifadə edən Gensler, Amerika xalqını qorumaq üçün bu mövzuda çoxlu iddialar qaldırdıqlarını xatırladıb.

Gensler, SEC-in məhkəmənin kriptovalyutaların idarə edilməsi şirkəti Grayscale-nin spot Bitcoin ETF üçün müraciətini rədd etməsi ilə bağlı sualı da cavablandıb:

"Bitcoin əsaslı ETF-nin adekvat nəzarətə malik deyil" .

Bu mövzuda dəqiq bir cavab verməyən Gensler, Bitcoin ETF tətbiqi ilə bağlı məhkəmə qərarı üçün qiymətləndirmə prosesinin davam etdiyini bildirib.
Günel məlikzadə
Fins.az