Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2163024709 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirib.
Fins.az xəbər verir ki, hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9,788.7267 (9.25%) manat və 9,814.5058 (8.1%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32,510,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,813.3822 (8.15%) manat, orta ölçülmüş qiyməti isə 9,813.7612 (8.13%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 21.12.2023-cü ildir.