ABŞ-da ehtiyatların azalması nəticəsində neft bahalaşıb. ING-nin məlumatına görə, Brentdə 100 dollar “sadəcə an məsələsidir”. FED-in təsiri ilə eniş edən ABŞ fond bazarında bu dəfə JPMorgan fondunun yaratdığı 'opsiya balinası' narahatlıqlar yaradıb. ABŞ-da hökumətin bağlanmasının qarşısını almaq ehtimalı azalarkən, FED üzvü Kaşkari bu vəziyyətin iqtisadiyyatı yavaşlatacağı təqdirdə faiz alətindən istifadə edə bilməyəcəklərini bildirib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, neftin qiymətinin qalxması inflyasiya qorxusunu yenidən tətikləyir, qlobal risk iştahını azaldır. Asiya Sakit Okean regionunda əsas indekslər itkilər yaşasa da, Yaponiya və Honq Konq indeksləri 1 faizdən çox ucuzlaşıb.
Amerika fond fyuçersləri mənfi açılışa işarə edib.
Dollar inkişaf etmiş ölkələrin valyutaları qarşısında gücünü qoruyub saxlayır. Bloomberg Dollar İndeksi ardıcıl altı ticarət günüdür ki, bir il ərzində ən uzun qazanc zolağındadır. Noyabr ayından bu yana ən yüksək səviyyəsinə çatan indeks səhər saatlarında 1271 bal ilə qazancını qoruyub.
Neft rallisinin inflyasiyanı artıracağına dair narahatlıqlar istiqraz bazarında da özünü göstərdi. ABŞ-ın 10 illik istiqrazlarının faizi 4,6 faizə çataraq 2007-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Asiya Sakit Okean bölgəsində də məhsuldarlıq yüksəlib. Yaponiyanın 20 illik istiqraz faizi 1,48 faizlə 2014-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Günel Məlikzadə
Fins.az