BİRJA

27 Sentyabr

Kriptovalyuta birjası "Binance" bu ölkədəki fəaliyyətini dayandırır

"Binance" tərəfindən edilən yazılı açıqlamada şirkətin Rusiyadakı bütün aktivlərinin CommEX-ə satılması ilə bağlı razılığın əldə edildiyi bildirilib.

Fins.az xəbər verir ki, şirkətin Rusiya bazarından tamamilə çıxacağı, Rusiya istifadəçiləri üçün “rəvan proses” təmin etmək üçün çıxış prosesinin bir il çəkəcəyi bildirilib.

Fikirləri şərhdə yer alan "Binance" Baş Uyğunluq Mütəxəssisi (CCO) Noah Perlman dedi: "İRusiyada fəaliyyət göstərməyin Binance-in uyğunluq strategiyasına uyğun olmadığını görürük".

Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyada son zamanlar kripto pullardan istifadə artdığı halda, "Binance" şirkətə qarşı sanksiya təhlükəsi səbəbindən Rusiyadakı fəaliyyətinə müxtəlif məhdudiyyətlər qoyub.

Günel Məlikzadə
Fins.az