Çində sənaye sektorunun gəlirlilik artımının avqust ayında 17,2% artması və zamanın ən böyük artımı Çin fond indeksində müsbət fərqliliyə səbəb olub.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Asiya Sakit Okean regionunda Hong Kong Hang Seng və China CSI 300 yüksəlir, digər əsas indekslər isə mövqelərini itirir.
Fyuçerslər, Kaşkarinin bəyanatından və İstehlakçı Güvənindəki azalmadan sonra 1 faizdən çox itki ilə bağlanan Amerika indekslərində məhdud bərpaya işarə ediblər. SP 500 fyuçersləri 0,2 faiz bahalaşıb. Wall Street-in narahatlıq göstəricisi VIX may ayından bəri ən yüksək səviyyəyə yüksəlib.
Dollar öz qazancını qoruyur. Dollar İndeksi 0,1% artımla 1268 punktdadır. ABŞ-ın 10 illik istiqrazlarının faizi iki baza bəndi azalaraq 4,51 faiz təşkil edib. Neftdə təklif sıxlığı səbəbindən qiymətlər artmaqda davam edib.
Günel Məlikzadə
Fins.az