Asiya səhmləri Evergrande borc sıxıntısı təsiri ilə azalarkən, FED-in uzun müddət yüksək faizlərlə davam edəcəyinə dair mesajları dollar və ABŞ istiqrazlarının gəlirlərini artırıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, əsas Asiya Sakit Okean fond indeksləri itkilər yaşasa da, ABŞ indekslərində bərpa olunan fyuçerslər mənfi açılışa işarə edib. SP 500 üzrə 0,4 faiz bahalaşan fyuçerslər 0,3 faiz ucuzlaşıb. Dollar İndeksi 0,1 faiz artımla 1264 bənd təşkil edir.
ABŞ istiqrazlarının gəlirliliyi bütün ödəmə müddətləri üzrə yüksəlib. 2007-ci ilin zirvəsinə çatan ABŞ-ın 10 illik istiqraz faizi bu səhər iki bənd artaraq 4,55 faizə çatıb. Neft qiymətləri Çinin narahatlığına görə ucuzlaşıb. Brent neftinin aktiv müqaviləsi 0,4 faiz azalıb.
Günel Məlkzadə
Fins.az