Çində daşınmaz əmlak nəhəngi Evergrande-nin borc böhranı dərinləşir. Qrupun materik Çində yerləşən törəmə şirkəti yuanla ifadə olunmuş istiqrazlarını ödəyə bilməyəcəyini açıqlayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, filial "Hengda Real Estate Group" sentyabrın 25-də 4 milyard yuan (547 milyon dollar) istiqraz üzrə əsas borc və faiz ödənişini həyata keçirə bilməyib.
Hengda mart ayında buraxdığı 2020 istiqrazı üzrə faiz ödənişini də qaçırıb. Açıqlamada şirkət bir həll yolu tapmaq üçün istiqraz investorları ilə "aktiv" işlədiyini bildirib.
Evergrande Group Çinin ən böyük borc restrukturizasiyası olacağı gözlənilən sövdələşməyə nail olmaq üçün investorlarla əlaqə saxlayıb. Bununla belə, son inkişaflar defolt riskini artırıb. Qrup investorlarla görüşünü son anda ləğv edib.
Günel Məlikzadə
Fins.az