FED-in faiz artımını dayandırıb-dayandırmayacağı sualı istiqraz investorları üçün kritik əhəmiyyət kəsb edir. FED-in bu il bir daha faiz artırma qərarından sonra ABŞ-ın iki illik istiqraz faizi 5 faizi keçərək 2006-cı ilin pik həddinə çatıb, 10 illik istiqraz faizi isə 4,5 faizi keçərək 2007-ci ilin pik həddinə çatıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, strateqlər gələn il faiz dərəcələrinin aşağı düşəcəyinə inanırlar. Buna görə də istiqrazlarla bağlı nikbindirlər. "Columbia Threadneedle" strateqi Ed Al-Hussainy-ə görə, FED bir neçə ilə faiz endiriminə qayıtsa, qısamüddətli istiqrazlar yaxşı performans göstərə bilər.
"Əgər FED-in iki ilə faiz dərəcələrini sabit saxlayacağını düşünmürsənsə, iki illik istiqrazlar investorlar üçün ciddi dəyər təklif edir", - Əl-Hüseyni deyib. Məşğulluq bazarının bu il canlı qaldığını, lakin gələn il bu canlılığı qoruya bilməyəcəyini müdafiə edən Əl-Hüseyni, əmək bazarının soyumasının istiqraz mitinqinə səbəb ola biləcəyi qənaətindədir.
ABŞ istiqrazları investorları bu il 1,2 faiz itirib. Uzunmüddətli istiqrazlarda itki 6,6 faizə çatıb. İstiqrazlar ardıcıl üçüncü ildir ki, mənfi gəlirə doğru gedir.
Günel Məlikzadə
Fins.az