JPMorgan Chase Co, ölkənin dövlət istiqrazlarını inkişaf etməkdə olan bazar istiqrazları indeksinə daxil etməyə hazırlaşır. Bu da Hindistana milyardlarla dollarlıq xarici fond axınına yol aça bilər.
Fins.az Bloomberg-ə istinadən xəbər veir ki, qərar ölkənin iqtisadi inkişafının həmyaşıdlarını üstələməsi, geosiyasi təsirinin artması üçündür. Apple Inc. də daxil olmaqla şirkətlər Çinə alternativ axtarırlar. Bu da Hindistanın beynəlxalq investorlar üçün cəlbediciliyini artırıb.
Xarici investorlar Hindistanın istiqraz bazarında cüzi rol oynasalarda, son illərdə daxilolmalar artmaqdadır. Ölkənin aktivləri digər inkişaf etməkdə olan ölkələri sarsıdan maliyyə böhranına qarşı dayanıqlı olduğunu sübut etmişdir. Qərara əsasən, Hindistan qiymətli kağızları 28 iyun 2024-cü il tarixindən etibarən JPMorgan Hökumət İstiqraz İndeksi-İnkişaf etməkdə olan Bazarlar indeksinə əlavə olunacaq.
Günel Məlikzadə
Fins.az