Minlərlə kolleksiyanın qiymətlərini incəliyən araşdırmada, NFT-lərin artıq heç bir dəyərinin olmadığı ortaya çıxdı.
Fins.az xəbər verir ki, NFT Scan və CoinMarketCap tərəfindən təqdim edilən məlumatlara görə, 73,257 NFT kolleksiyasından 69,795-nin bazar dəyəri olmadığı aşkar edilib.
Təxminən 23 milyon insanın bu dəyərsiz aktivlərə sahib olduğu bildirilib.
NFT-lər sənət əsərlərinin və ya kriptovalyuta ilə əlaqəli kolleksiyaların rəqəmsal təmsilləridir, adətən ethereum və hər birinin kopyalana bilməyən unikal imzası olur.
2021 və 2022-ci illərdə NFT bazarı aylıq ticarət həcmi bir anda 2,8 milyard dollara çatan kütləvi artım yaşadı. Bu illərdə bazarın həcmi 17 milyard dollara çatıb.
DappGambl-ın araşdırmasına görə, NFT kolleksiyalarının 79 faizinin hazırda satılmadığı, təklifin tələbdən çox olduğu üçün ölü bazar yarandığı ifadə edilib.
NFT kolleksiyaları bazarda dəyərinin 95 faizini itirib.
Daha az dəyərli, daha az əhəmiyyətli layihələr süzgəcdən keçirilsə belə, bu gün əksər kolleksiyaların dəyəri azalıb.
İlk 8 min 850 kolleksiyanın 18 faizinin bazar dəyərinə görə dəyərsiz olduğu, 41 faizinin isə 5-10 dollar arasında qiymətə satıldığı vurğulanıb.
NFT bazarının əhəmiyyətli bir hissəsinin bu aktivlərin faktiki ticarət tarixindən çox uzaq olan spekulyativ və ümidverici qiymət strategiyaları ilə xarakterizə olunduğu məlumdur.
Günel Məlikzadə
Fins.az