Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2161024701 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.az xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 9432.1826 (8.6%) manat və 9441.5395 (8.45%) manat olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59,060,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9439.038 (8.49%) manat, orta ölçülmüş qiyməti isə 9439.1381 (8.49%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 30.05.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az