Sentyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0.22% – 34,440.88 bəndədək, SP 500 indeksi 0.94% – 4,402.20 bəndədək, Nasdaq indeksi isə 1.53% – 13,469.13 bəndədək azalıb.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 20-də Fransanın FTSE 100 indeksi 0.93% – 7,731.65 bəndədək, CAC-40 indeksi 0.67% – 7,330.79 bəndədək, Almaniyanın DAX indeksi isə 0.75% – 15,781.59 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,23% azalaraq 1.0636 dollar təşkil edib.
Fuad Mədətov
Fins.az