BİRJA

20 Sentyabr

Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2160024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Fins.az-a BFB-dən məlumat verilib.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 9,631.8699 (8.19%) manat və 9,637.9349  (8.05%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,160,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,637.9349 (8.05%) manat və orta ölçülmüş qiyməti isə 9,637.9349 (8.05%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 06.03.2024-cü ildir.

Fuad Mədətov
Fins.az