Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040240 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Fins.az-a BFB-dən məlumat verilib.
Hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 95.4892(8.5%) manat və 97.6200 (7.3005%) manat olan 49 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.0345(8.1898%) manat, orta ölçülmüş qiyməti isə 96.3006 (8.0392%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 198,073,300 manat, yerləşdirilmiş həcmi isə 135,000,000 manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 16.09.2025-ci ildir.
Hərrac iştirakçıları 20 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Fuad Mədətov
Fins.az