Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance, bir altkoin üçün əbədi fyuçers ticarətinə başlayacağını açıqladı.
Fins.az xəbər verir ki, sentyabrın 19-da verdiyi rəsmi açıqlamada Binance qısa müddət ərzində böyük yüksəliş yaşayan ARK (ARK) üçün maksimum 10x leverage ilə Tether (USDT) marja fyuçers ticarətinə başlayacağını açıqladı.
Açıqlamada maliyyələşdirmə dərəcələri, maksimum leverage və minimum əməliyyat limitini ifadə edən Binance, ARKUSDT müqaviləsinin 19 sentyabr saat 17.30-da açıqlanacağını açıqladı. Binance həmçinin bazar şərtlərindən asılı olaraq müqavilənin detallarını dəyişdirə biləcəyini söylədi.
CoinGecko məlumatlarına görə, son bir həftədə 123% artım göstərən ARK, Binance tərəfindən edilən açıqlamadan sonra 0,5352 dollardan 21% artımla 0,6413 dollara çatıb. Yazı zamanı ARK 0,619 dollara ticarət edir.
Günel Məlikzadə
Fins.az