Dünən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BFB-nin LMP iştirakçısı olan “Legion Financial” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən Fins.az-a verilən məlumata görə, 22 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “Legion Financial” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Fuad Mədətov
Fins.az