Fins.az Investing.com-a istinadən xəbər verir ki, Kriptovalyuta bazarları bu həftə qiymət dəyişkənliyini artıra biləcək bəzi iqtisadi hadisələri izləyəcək. Bu hadisələrdən ən əhəmiyyətlisi qlobal bazarlar tərəfindən yaxından izlənilən FED-in faiz açıqlaması olacaq.
Kriptovalyutalar yeni həftəyə Asiya ticarət saatlarında alışlar səbəbindən cüzi artımla başladı. Ancaq bu qazanc həftə sonu itkilərini kompensasiya etsə də, kripto bazarlarının ümumi mənzərəyə görə üfüqi istiqamətdə hərəkətini davam etdirdiyini söyləmək olar.
Bundan əlavə, yaxından təqib edilən məlumatlar olan FED-in faiz açıqlaması 20 Sentyabr Çərşənbə günü CET vaxtı ilə 21:00-da açıqlanacaq. Gözləntilər FED-in bu ay faiz dərəcələrini sabit saxlamasından yanadır. Bununla belə, Pauellin press-relizində ilin qalan hissəsi ilə bağlı fikirləri daha önəmlidir. Bazar indiyə qədər faiz dərəcələrinin sabitliyi ilə qiymət təyin edərkən bu həftə kriptovalyuta bazarlarında qarışıq kurs görmək mümkündür. Verilən açıqlama isə bankın 2023-cü ilin qalan aylarında necə hərəkət edə biləcəyi ilə bağlı ipuçlarını verəcək.
Digər tərəfdən, FED-in pivot faiz dövrünə keçsə belə, uzun müddət faiz dərəcələrini yüksək səviyyədə saxlamaq niyyəti, xərclərin yüksək qalacağına dair baxışlar riskli bazarları təzyiq altında saxlamağa davam edir.
Bu həftənin digər görkəmli iqtisadi hadisələri arasında Avrozona inflyasiya dərəcəsi elanı və ABŞ-da sabah açıqlanacaq tikinti və mənzil məlumatları daxildir. Ancaq bu məlumatların kripto bazarına çox da təsir etməyəcəyini görmək olar. Digər tərəfdən həftənin ikinci yarısında açıqlanacaq ABŞ-da işsizlik müavinətləri, istehsal indeksi və PMI məlumatları iqtisadiyyatdakı son vəziyyətə işıq sala bildiyi üçün bu məlumatların məhdud təsirinin ola biləcəyini görə bilərik.
Günel Məlikzadə
Fins.az