BİRJA

18 Sentyabr

Azərbaycan nefti 3,1% bahalaşıb

Ötən həftə ərzində (11-15 sentyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 99,038 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,98 dollar və ya 3,1% çoxdur.

Fins.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 100,56 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 96,73 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.

Fuad Mədətov
Fins.az