23,24,25 avqust tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
BFB-dan Fins.az-a verilən məlumata görə, nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) |
ISIN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nomi nal |
Miqdar |
Notun ödəniş tarixi |
7 |
AZ2139024700 |
25.08.2023 |
30.000.000 |
10.000 |
3.000 |
01.09.2023 |
28 |
AZ2140024707 |
23.08.2023 |
20.000.000 |
10.000 |
2.000 |
20.09.2023 |
84 |
AZ2141024706 |
24.08.2023 |
20.000.000 |
10.000 |
2.000 |
16.11.2023 |
168 |
AZ2142024705 |
23.08.2023 |
20.000.000 |
10.000 |
2.000 |
07.02.2024 |
252 |
AZ2143024704 |
24.08.2023 |
20.000.000 |
10.000 |
2.000 |
02.05.2024 |
Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
7 günlük not hərracında sifarişlər 9982,5403-9985,4282 qiymət intervalında təqdim edilə bilər.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.