BİRJA

22 Avqust

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 22-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 (qalıq 973) gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 31 investor tərəfindən qiymət intervalı 91.1322 (11.502%) manat və 99.9229  (7.901%) manat olan 67 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.4393 (8.48%) manat, orta ölçülmüş qiyməti 98.9624 (8.2746%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 216,233,700 manat, yerləşdirilmiş həcmi isə 82,500,000 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.

Hərrac iştirakçıları 23 avqust 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.