Avqustun 21-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Merano” ASC-nin ümumi dəyəri 100,000 (yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir: