BİRJA

16 Avqust

ABŞ-nin kommersiya neft ehtiyatları azalıb - PROQNOZ

Ötən həftənin yekunlarına görə, ABŞ-nin kommersiya neft ehtiyatları 6 195 min barel azalaraq, təxminən 439 427 min barel təşkil edib.

Fins.az-ın Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 050 min barel azalacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.