Avqustun 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,54% – 35,123.36 bəndədək, SP 500 indeksi 0,70% – 4,467.71 bəndədək, Nasdaq indeksi isə 1,17% – 13,722.02 bəndədək azalıb.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında avqustun 9-da Fransanın CAC-40 indeksi 0,72% – 7,322.04 bəndədək artıb, FTSE 100 indeksi 0,80% – 7,587.30 bəndədək, Almaniyanın DAX indeksi isə 0,49% – 15,852.58 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,08% artaraq 1,0983 dollar təşkil edib.
Leyla Fikrətqızı
Fins.az