BİRJA

02 Avqust

Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 2-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2127024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 9,556.2705 (9.95%) manat və 9,618.4675 (8.5%) manat olan 10 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88,960,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,597.7887 (8.98%) manat və orta ölçülmüş qiyməti isə 9,602.7654 (8.86%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 17.01.2024-cü ildir.