BİRJA

20 İyul

Mərkəzi Bankın 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 20-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2120024701 dövlət qeydiyyat nömrəli 60 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 9108.0488 (13.99%) manat və 9388.7898 (9.30%) manat olan 11 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 57,210,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9108.0488 (13.99%) manat, orta ölçülmüş qiyməti isə 9295.6897 (10.82%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 57,210,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 28.03.2024-cü ildir.