BİRJA

19 İyul

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 19-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2117024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9934.3233 (8.5%) manat və 9950.0838 (6.45%) manat olan 12 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 65,410,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9946.0812 (6.97%) manat və orta ölçülmüş qiyməti 9946.7768 (6.88%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 16.08.2023-cü ildir.